STP Yapışqan

Müasir STP yapışdırıcıları ilə müxtəlif materiallarda elastik fiksasiya, yapışma və montaj edilir.

Silikonla işlənmiş polimerlərə(STP yapışqanı) əsaslanan yapışqanlar, yüksək möhkəmliyə malik tikinti yapışqanları yaradır və getdikcə məşhurlaşır. İstifadəsi geniş və mükəmməl emal xüsusiyyəti olan bu məhsul yapışqan texnologiyasını çox şaxəli edir. STP yapışdırıcıları müxtəlif sənayedə istifadə edilməsiylə yanaşı bir sıra montaj və tikinti üçün də istifadə edlir.

  • Material və səthlərə mükəmməl yapışma
  • Şüşə, aliminium və paslanmayan poladın bazasız olaraq yapışdırılma imkanı
  • İstifadəsi asandır
  • Üzəri rənglənə bilər
  • İlkin yapışma gücü
  • Daimi elastikdir
  • Hava və Ub işiğına qarşı müstəsna müqavimət.
  • Köpüklənmədən sərtləşir

 

 

 

 

 

Müxtəlif işlər üçün STP yapışqanları

Sənaye işləri üçün STP Yapışqanları

Sənaye istifadəçiləri getdikcə müasir STP texnologiyasının üstünlüklərinə daha çox etibr edirlər. STP yapışdırıcıları şüşə və ya iki metalı(paslanmayan polad) yapışdırmaq üçün mükəmməldir. STP yapışdırıcıları avtobus-yük maşını-dəmir yolun işlərində də tez tez istifadə edilir. Hava şəraitinə və UB işiğına qarşı güclü müqaviməti olduğuna görə, STP texnologiyası külək turbinlərinə də istifadə edilir.

 

 

 

 

Əl işi üçün istifadə edilən STP yapışdırıcıları

STP yapışqanları onsuzda bir neçə əl işi sənətkarlığında istifadə edilir. Bu yapışdırıcılar müxtəlif materialları yapışdırmaq üçün yüksək yapışdırıcı gücünə malikdir. Tipik tətbiq etməyə döşəmə, döşəmə lövhələr, dekorativ elementlər, eləcə də havalandırma və kabel kanallarının montaj əlaqələri daxildir. STP Yapışqanları vanna otağı işlərində də əla nəticə əldə edir. Qarmaqlar, asma və ya güzgülər kimi gündəlik əşyalar güzgülər, plitələr, gips və ya təbii daş kimi müxtəlif səthlərə yapışdırıla bilər.