Haqqımızda
KLEIBERIT yapışqanları - Yapışqan istehsalçıları arasında mütəxəssisdir.
KLEIBERIT yapışqanları artıq yaşadığımız dünyanın tərkib hissəsidir. Hal hazırda KLEIBERIT SE & Co. KG Weingarten Badendə yerləşir (Cənubi Almaniya) və dünya üzrə ən modern və qabaqcıl tədqiqat və istehsal mərkəzlərinə malikdir. Geniş tətbiq üçün nəzərdə tutulmuş qabaqcıl yapışqan sistemləri, beynəlxalq müştərilər üçün, onlarla əməkdaşlıq vasitəsi ilə hazırlanır və istehsal edilir. Məhsul çeşidləri xüsusi olaraq, müştərilərin tələblərinə uyğun dizayn olur və şüurlu logistika konspetinin vastəsi ilə dünya üzrə çatdırılması təmin olunur.


İnnovasiyalar
Yeni ideyalar müştərilərlə birgə hazırlanır.
Yapışqan vastəsi ilə birləşdirmə, birləşdirmə texnologiyasının gələcəyidir. KLEIBERITin strategiyası, geniş tətbiq sahələri üçün yeni innovasiyaları təklif etməyi davam etməkdir. Gələcəyə olan sərmayə yatırımlarından biri, 2009-cu ildə açılmış Texniki Mərkəzdir. Burada müştərilər spesifik yeni məhsulları hazırlamaq üçün, mütəmadi olaraq KLEIBERIT mühəndisləri və texiki işçiləri ilə yaxın əməkdaşlıq edərək birgə işləyirlər.

İşçilər
KLEIBERIT yapışqanları şirkəti təqribən 725 işçini işlə təmin edir. İcraçı direktor və pay sahibi Dipl. Fizik Klaus Becker-Weimann, bütün sahələrə, təchizatdan tutmuş, araşdırmalara və istehsala, keyfiyyətin idarə edilməsindən tutmuş, çatdırılma və müştərilərə məsləhətə qədər işlərdə yüksək peşəkarlığa dəyər verir.

© Mirko Bartels
Mükəmməl PUR
Tədqiqatlar və araşdırmalar gələcəyi sığortalayır. KLEIBERIT əmtəə nişanı innovativ tədqiqat və araşdırma, ən müasir istehsal vastələri, ən yüksək məhsul keyfiyyəti və həmçinin müştəri xidməti və müştəriyə diqqət və dəyərli məsləhətlər anlamına gəlir. Və bu 70 ildir ki, davam edir. Son 25 ildə, KLEIBERIT PUR yapışqanları sistemi üçün global trend müəyyən edicisinə çevrilmişdir və öz qabaqcıl məhsul ideyaları ilə bazara xeyli təsir etmişdir.

Müştəri məmnuniyyəti.
Hər müştəri bizim üçün birincidir.
Bizim beynəlxalq satış mütəxəssislərimiz və dünya üzrə bütün bazarlarda mövcudluğumuz, müştərilərimizin xüsusi tələblərinə uyğun təkliflər verməyimizə kömək edir. Bizim Weintgartendəki fabrik içi Satış administrasiyamızda və Müştəri konsultasiyası mərkəzimizdə, demək olar ki, bütün millətlərin dilində danışılır. Maşın və xammal istehsalçıları ilə sıx işləməklə biz, geniş benəlxalq sandartlara və normalara cavab verən praktik və qabaqcıl yapışqan sistemlərimizi təklif edirik. Ağıllı logistika konsepti və tam avtomatlaşdırılmış yüksək rəfli müasir anbar lazım olan məhsulu lazım olan vaxtda və yerdə təmin edir.

Sosial Məsuliyyət
Biz sertifikatlaşdırılmış keyfiyyət və mühit idarəçiliyinin tələblərinə uyğun yaşayırıq və proseslərimizi və prosedurlarımızı bu tələblərə uyğun sağlam şəkildə qurmuşuq. KLEIBERITin əsas məqsədlərindən biri, tədqiqatda, araşdırmada, yaratmada, istehsalda və logistikada insanların və mühitin tələblərinə cavab verməkdir.
Yüksək məhsul keyfiyyəti ilə yanaşı ətraf mühit, sağlamlıq və işçilərimizin təhlükəsizliyi, ilk gündən bu yana bizim innovasiya prosesimizi müşayət edir. Biz bu qlobal məsuliyyəti gələcəkdə davamlı proseslər və məqsədlərlə daha da inkişaf etdimək istəyirik.
Tarix
1948 | Şirkət Ingolstadt yaxınlığındakı Ebenhausendə yarandı | |
1960 | Weingarten/Badendə 2.000m² istehsal sahəsi olan müasir fabrik | |
1965 | Kənar isti yapışqanının istehsalı başlayır | |
1966 | Fabrikin genişliyi 1,000 m²dır | |
1976 | Fabrikin genişliyi 900 m² | |
1980 | Ofis sahəsinin genişləndirilməsi | |
1981 | KLEIBERIT Fransa quruldu | |
1990 | 2,250 yerlik yüksək raf anbarı | |
1991 | Moskva Satış mərkəzi | |
1992 | İngiltərə Satış mərkəzi | |
1996 | KLEIBERIT Kanada və USAda qurulan filialları | |
1998 | HM istehsalı üçün su altı zərərsizləşdirici 2300 m² əraziyə sahib yeni xammal salonu inşa edildi. | |
1998 | Cənub Şərqi Asiya Satış Mərkəzi | |
1999 | Avsraliya Satış mərkəzi | |
2000 | KLEIBERIT Texniki şöbəsi üçün yeni sarınma üsulu | |
2001 | Poliol(PUR HM istehsalı) Deltapac doldurma avadanlığı üçün PUR HM qabına uyğun 3 ton qarışdırıcı | |
2001 | Yeni idarə binasl tikildi | |
2002 | KLEIBERIT Yapışqanı Yaponiyada quruldu | |
2008 | 6500 ərazsiyə sahib ikinci tam avtomatik yüksək raflı anbar açılır. | |
2008 | KLEIBERITin Çində əsası qoyuldu | |
2008 | KLEIBERITin Rusiyada əsası qoyuldu | |
2009 | KLEIBERIT Texiki Mərkəzi -Weingartenda açılır | |
2012 | KLEIBERIT Yapışqanı India Pvt. Ltd. əsası qoyuldu | |
2012 | KLEIBERIT Ukranyada əsası qoyuldu | |
2012 | KLEBCHEMIE Belarusiyanın Satış Mərkəzi | |
2012 | KLEIBERIT Kimya San. ve Tic. A.Ş., Türkiyədə əsası qoyuldu | |
2012 | KLEIBERIT do Brasil Comércio de Adesivos e Vernizes Ltda. founded | |
2013 | KLEIBERIT Bel, Belarusiyada yarandı | |
2014 | KLEIBERIT Yapışqanı México S.A. de C.V. yarandı | |
2016 | KLEIBERIT AUSTRALIA Pty Ltd. yarandı | |
2018 | KLEIBERIT Üzləmə Asia Pte. Ltd. Yarandı |

© sdecoret - stock.adobe.com
Əlaqəli link
KLEIBERIT çoxsaylı sınaq institutları və dərnəkləri ilə sıx işləyir KLEIBERIT yapışdırıcılarının bir çoxu müntəzəm olaraq müstəqil test və sınaqlardan keçərək xüsusi tətbiqlər üçün təsdiqlənir və qəbul edilir.

© Werner Riehm - fly-foto.de
Şirkət strukturu
Müştəri istiqamətimizi təmin edir.
KLEIBERIT müştərilərlə səmərəli ünsiyyətə yönəldilmişdir və üfüqi bir şirkət quruluşu buna imkan yaradır. Üç iş sahəsi var: Müvafiq müştəri xidmətləri nümayəndəsi ilə distribyutorlar vasitəsilə ağac emalı ticarətində satış. Yerli və xaric bölgələrdə, həm Avropa daxilində həm xaricində, bir mühəndislik şəbəkəsi olan sənaye satışları. Xarici məsləhətçilər Weingarten daxili işçiləri, eləcə də ilkin satış bölgələrindəki filiallar və ya filiallar tərəfindən dəstəklənir. İstehsal yalnız Weingartendədir.